Çərşənbə axşamı, 14 May

Priqojin bu ölkədə ​​"Vaqner" üçün iş axtarır

image

Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin Nigerdəki hərbi çevrilişi yüksək qiymətləndirib və ölkədə asayişi bərpa etmək üçün Nigerə “Vaqner” döyüşçülərinin göndərilməsini təklif edib.

Xəbər verilir ki, Priqojinin Telegram qruplarında yayılmış səs yazısında çevriliş "Niger xalqının keçmiş müstəmləkəçilərindən qurtulmaq üçün apardığı mübarizə" kimi xarakterizə edilib.

"Keçmiş müstəmləkəçilər Afrika xalqlarını nəzarətdə saxlamağa çalışırlar. Bunun üçün bu ölkələri terrorçu və quldurlarla dolduraraq təhlükəsizlik böhranları yaradırlar” -  o deyib.

Priqojin “Vaqner” qrupunun belə vəziyyətlərlə mübarizə aparmaq üçün əlindən gələni edə biləcəyini söyləyib: “1000 Vaqner döyüşçüsü nizam yarada, terrorçuları məhv edə bilər. Dinc əhaliyə zərər vurulmasının qarşısı alına bilər"

Priqojinin mesajı Rusiyada uğursuz çevriliş cəhdindən sonra ölkəni tərk edən “Vaqner”in Afrikadakı mövcudluğunu saxlamaq niyyəti kimi şərh edilir.

Qeyd edək ki, Nigerdə dövlət çevrilişi olub. Avropa İttifaqı ​​(Aİ) Prezident Mühafizəsi Alayının komandiri general Əbdürrəhman Çianinin başçılığı ilə həyata keçirilən və prezident Məhəmməd Bazumun devrilməsi ilə nəticələnən çevriliş nəticəsində yaradılan hökuməti tanımayacağını bəyan edib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00